Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub Mundial oktyabrın 13-də başa çatacaq
Fərdi
6 Oktyabr , 2022 11:47
Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ilk günü medalsız başa vurublar. 

"Report"un məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetova (Qazaxıstan) uduzub. 

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva da eyni raundda Xuliya Figeroaya (İspaniya) yenilib. 

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

08:36

Azərbaycanın iki cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gələcək.

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi