Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında son görüşünə çıxıb.
"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda qarşılaşmada Yunanıstan təmsilçisi Georgios Kougioumtsidislə üz-üzə gəlib.
Rəqibinə uduzan Bayramov olimpiadaya lisenziya əldə edə bilməyib.
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazana bilməyib.
"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Hetik Tsabolova uduzub.
Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün daha bir qarşılaşmada qüvvəsini sınayacaq.
79 kq-dakı Orxan Abbasov medal qarşılaşmasında İran idmançısı Məhəmməd Nokhodilarimiyə yenilərək beşinci yerlə kifayətlənib. 92 kq-dakı Osman Nurmaqomedov isə finalda uduzaraq gümüş medal əldə edib.
Daha əvvəl 97 kq-dakı Maqomedxan Maqomedov finala yüksəlməklə olimpiada üçün lisenziya qazanmışdı.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.