Dünya çempionatı: Azərbaycanın daha 2 boksçusu növbəti mərhələyə yüksəlib

Dünya çempionatı: Azərbaycanın daha 2 boksçusu növbəti mərhələyə yüksəlib Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
27 Oktyabr , 2021 23:12
Dünya çempionatı: Azərbaycanın daha 2 boksçusu növbəti mərhələyə yüksəlib

Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı 1/32 finalda haitili Çarles Petit-Hommla üz-üzə gəlib.

Rəqibini məğlub edən Əliyev növbəti mərhələdə italiyalı Simone Spada ilə qüvvəsini sınayacaq.

18:57

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bu raundda rumıniyalı Pol Andrey Aradoae ilə üz-üzə gələcək.

Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.

Son xəbərlər

Orphus sistemi