Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman və Mədəniyyət Assosiasiyasına üzv qəbul edilib

Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman və Mədəniyyət Assosiasiyasına üzv qəbul edilib Dünya Alpaqut Federasiyası beynəlxalq İdman İdman və Mədəniyyət Assosasiyası (ISCA) üzvlüyünə qəbul edilib.
Fərdi
December 27, 2024 13:11
Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman və Mədəniyyət Assosiasiyasına üzv qəbul edilib

Dünya Alpaqut Federasiyası Beynəlxalq İdman və Mədəniyyət Assosiasiyasına (ISCA) üzv qəbul edilib.

Bu barədə "Report"a Azərbaycan Alpaqut Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

ISCA idman, əyləncə və fiziki fəaliyyət sahəsində bənzər düşüncəli tərəfdaşlarla əlaqə qurmaq imkanı təqdim edən bir təşkilatdır.

Hazırda ISCA 86 premium və tam üzvə malikdir, həmçinin beş qitədə geniş bir şəbəkə formalaşdırır. İSCA üzv təşkilatlarla, beynəlxalq QHT-lərlə, həmçinin dövlət və özəl sektorlarla yaxından işləyərək, idmanda daha geniş iştirakın təşviqinə yönəlmiş müxtəlif layihələr və kampaniyalar həyata keçirir.

ISCA-nın missiyası idmanı siyasi gündəlikdə yüksək tutmaq, siyasətə təsir göstərmək və bilik mübadiləsini stimullaşdırmaqdır.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyasının prezidenti həmyerlimiz Jalə Əhmədovadır.

Son xəbərlər

Orphus sistemi