Bakı. 23 oktyabr.
"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma üzlərini idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, idmançıların yaxınları və digər şəxslər qarşılayıblar.
Qeyd edək ki, yarışda 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunan Azərbaycan millisi 2 medal qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib. Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib. Qadınların mübarizəsində 44 kq çəkidəki Şəfəq Həmidova 5-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilərin yarışında Yaponiya və İtaliyadan sonra 3-cü yeri tutub.