Cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün tədris prosesi davam edir

Cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün tədris prosesi davam edir Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında bağlanmış Anlaşma Memorandumuna əsasən, cüdo məşqçiliyi üzrə təhsil alan 2-ci kurs tələbələri üçün tədris xarici ekspertlərin iştirakı ilə d
Fərdi
22 Yanvar , 2025 18:36
Cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün tədris prosesi davam edir

Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında bağlanmış Anlaşma Memorandumuna əsasən, cüdo məşqçiliyi üzrə təhsil alan 2-ci kurs tələbələri üçün tədris xarici ekspertlərin iştirakı ilə davam edir.

"Report" xəbər verir ki, tədris prosesinə Hertfordşir Universitetinin professoru Dr. Mayk Kallan və yerli, eləcə də xarici ekspertlər cəlb olunub.

Praktiki dərsləri xarici mütəxəsis, Avropa Cüdo Birliyinin təhsil komissiyasının üzvü və Olimpiya mükafatçısı Nuno Delqado, yerli mütəxəssislər, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının eksperti Rüstəm Orucov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov və məşqçi Samir İsmayılov keçirib.

Son xəbərlər

Orphus sistemi