Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin ölkə birinciliyində yenilik edib

Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin ölkə birinciliyində yenilik edib Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Fərdi
15 Yanvar , 2020 13:26
Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin ölkə birinciliyində yenilik edib

Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ilk günündə beş çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

Samir Əlquliyev (46 kq), Əlihümbət Qafarov (60 kq), Vüqar Talıbov (81kq), Könül Əliyeva (48 kq) və Pərvanə Abdullayeva (63 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.

Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyası öz fəaliyyətində innovativ yeniliklərin tətbiqini davam etdirir. Artıq bütün rəsmi yerli yarışları Beynəlxalq Cüdo Federasiyasının dünya cüdo turuna daxil olan Qran-pri, Böyük Dəbilqə, Masters, Dünya Çempionatı kimi mötəbər beynəlxalq yarışların standartlarında onlayn rejimdə canlı olaraq həm videosunu, həm də protokol gedişatını izləmək mümkün olacaq. 

Layihənin ilk sınağı olan 14-17 yanvarda U-18 yeniyetmələrin Azərbaycan birinciliyini aşağıdakı linkdən sadə qeydiyyatdan keçərək izləmək mümkündür. 

https://live.ijf.org/jr_azebaku2020

Son xəbərlər

Orphus sistemi