Çimərlik güləşi olimpiadanın proqramına salına bilər
- 06 mart, 2022
- 12:03
"İştirak etdiyimiz yarışlardakı söhbətlərdə bildirilib ki, bu növün Yay Olimpiya Oyunlarının proqramına düşmə ehtimalı yüksəkdir".
Bunu "Report"a müsahibəsində çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani bu idman növünün olimpiadanın proqramına salınmasının mümkünlüyü barədə danışarkən deyib.
O bildirib ki, artıq Dünya Çimərlik Oyunları adında ilk yarış keçirilib: "2023-cü və 2025-ci ildəki yarışın proqramında çimərlik güləşi əsas növlərdən olacaq. Dünya Çimərlik Oyunlarının ilk yarışında iştirak etmişik. Orada fərqli idman növləri də var idi. Futbol, basketbol, voleybol çimərlik növündə təmsil olundu. Hətta karatenin kata növündə də yarışlar oldu və ölkəmiz təmsil olundu. 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında iştirak edə bilərik. Bu barədə müzakirələr gedir".
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.