Çempionlar Turu: Məmmədyarovdan 3 qələbə, Rəcəbovdan 4 heç-heçə

Çempionlar Turu: Məmmədyarovdan 3 qələbə, Rəcəbovdan 4 heç-heçə Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində daha 5 tur oynanılıb.
Fərdi
26 Aprel , 2021 02:00
Çempionlar Turu: Məmmədyarovdan 3 qələbə, Rəcəbovdan 4 heç-heçə

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində daha 5 tur oynanılıb.

"Report"un məlumatına görə, ikinci oyun günündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Yan-Kşiştof Duda (Polşa) ilə ağ, Alireza Firuzca (FIDE) və Rameşbabu Praqqnanandha (Hindistan) ilə qara fiqurlarla mübarizə aparıb. Görüşlərindən 4-nü heç-heçə ilə başa vuran Rəcəbov Praqqnanandhaya uduzub.

Şəhriyar Məmmədyarov isə Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Qaveyn Cons (Böyük Britaniya), Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşıb. O, Karyakin, Dominges və Qucratini yenib, Consla heç-heçə edib, Lyemə isə uduzub.

Çempionlar Turu, V mərhələ

"New In Chess"

25 aprel

VI tur

Qaveyn Cons (Böyük Britaniya) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

VII tur

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Sergey Karyakin (Rusiya) - 1:0

VIII tur

Le Kuanq Lyem (Vyetnam) - Şəhriyar Məmmədyarov - 1:0

Teymur Rəcəbov - Yan Kşiştof Duda (Polşa) - 0,5:0,5

IX tur

Rameşbabu Praqqnanandha (Hindistan) - Teymur Rəcəbov - 1:0

Şəhriyar Məmmədyarov - Lenyer Dominges (ABŞ) - 1:0

X tur

Vidit Qucrati (Hindistan) - Şəhriyar Məmmədyarov - 0:1

Teymur Rəcəbov - Uesli So (ABŞ) - 0,5:0,5

Bu nəticələrdən sonra xallarını 6-ya çatdıran Məmmədyarov və Rəcəbov 5-6-cı yerlərdə qərarlaşıb. 4-cü yerdə gedən Lyemin də eyni xalı var. Karlsen 7 xalla liderdir, Firuzca və Nakamura hərəyə 6,5 xalla 2-3-cü yerləri bölüşür.

Son xəbərlər

Orphus sistemi