Çempionlar Turu: Məmmədyarov Aronyanla növbəti görüşünü keçirəcək

Çempionlar Turu: Məmmədyarov Aronyanla növbəti görüşünü keçirəcək 36 yaşlı qrossmeyster ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub. Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq
Fərdi
4 Avqust , 2021 09:49
Çempionlar Turu: Məmmədyarov Aronyanla növbəti görüşünü keçirəcək

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də 1/4 finalın digər görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.

36 yaşlı qrossmeyster ilk oyun günündə rəqibinə 0,5:2,5 hesabı ilə uduzub. Məmmədyarov bu gün rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.

Çempionlar Turu

1/4 final cütləri

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:2,5

Uesli So (ABŞ) - Yorden Van Forest (Niderland) - 2:2

Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam) - 1:3

Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2:2

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

Son xəbərlər

Orphus sistemi