Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici görüşündə rusiyalı Yan Nepomnyaşini məğlub edən niderlandlı Aniş Giri çempion olub.
İlk gündə olduğu kimi, ikinci gündə də 4 partiya heç-heçə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan tay-brekdə daha inamlı təsir bağışlayan Giri yekunda 4:2 hesablı qələbə qazanaraq, 60 000 ABŞ dolları məbləğində mükafata sahib çıxıb. Nepomnyaşinin qazancı isə 40 000 ABŞ dolları olub.
3-cü yer uğrunda qarşılaşmada ABŞ təmsilçisi Uesli Soya qalib gələn Maqnus Karlsen isə 25 000 ABŞ dolları qazanıb.
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində final və 3-cü yer uğrunda həlledici görüşlər start götürüb.
"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın final raundunun ilk günündə 2:2 hesablı heç-heçəyə razılaşan niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi qalibi müəyyənləşdirmək üçün son oyunlarını keçirir.
3-cü yer uğrunda qarşılaşmada isə ABŞ-dan olan Uesli So (ABŞ) və Maqnus Karlsen qüvvəsini sınayır. İlk gündə dünya çempionu qələbə qazanıb - 3:1.
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün final və 3-cü yer uğrunda həlledici görüşlər oynanılacaq.
"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın final raundunun ilk günündə 2:2 hesablı heç-heçəyə razılaşan niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi qalibi müəyyənləşdirmək üçün son oyunlarını keçirəcək.
3-cü yer uğrunda qarşılaşmada isə ABŞ-dan olan Uesli So (ABŞ) və Maqnus Karlsen qüvvəsini sınayacaq. İlk gündə dünya çempionu qələbə qazanıb - 3:1.
İki günün nəticələrinə əsasən, bərabərlik qeydə alınarsa, tay-brek və ehtiyac yarandıqda armageddon oynanılacaq.
20 mart
"Magnus Carlsen Invitational"
İlk görüşlər
3-cü yer uğrunda görüş: Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ) - 2:1
İlk görüş - 3:1
Final
Yan Nepomnyaşi (Rusiya) - Aniş Giri (Niderland) - 2:2 (TAY-BREKDƏ - 0:2)
İlk görüş - 2:2
Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı Avropa çempionu Rauf Məmmədov olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov seçmə raundda "8-liy"ə düşə bilməyərək, mübarizəni dayandırıb. Əvəzində Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.