​Bu gün şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürür

​Bu gün şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürür Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen bu titulun əvvəlki sahibi, hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək
Fərdi
8 Noyabr , 2014 14:55
​Bu gün şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürür
Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda matça start veriləcək. "Report"un məlumatına görə, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen bu titulun əvvəlki sahibi, hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək.

İlk turun startı Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Anand ağ, Karlsen qara fiqurla oynayacaq. Ümumilikdə 12 partiya təşkil olunacaq. Hər bir qarşılaşmada 120 dəqiqəyə 40 gediş nəzərdə tutulub. Bu müddətdə qalib müəyyənləşməsə, 15 dəqiqəyə hərəyə 20 gediş imkanı veriləcək. 61-ci gedişdən isə tərəflər hər gedişə 30 saniyə əldə edəcəklər. 12 görüşün ümumi nəticəsi heç-heçə olsa, 10 partiyadan ibarət "tay-breyk" təşkil olunacaq.

Qeyd edək ki, növbəti turlar 9, 11-12, 14-15, 17-18, 20-21, 23, 25 noyabrda olacaq.

Son xəbərlər

Orphus sistemi