Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Fərdi
24 Oktyabr , 2020 09:13
 Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
Rüstəm Orucov və Hidayət Heydərov

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Ankhzaya Lavjarqalla üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev yunanıstanlı Georgios Azoidislə görüşəcək.

81 kq-dakı Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan), Murad Fətiyev isə Gilerme Şimidtlə (Braziliya) qarşılaşacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi