Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal qazandı - YENİLƏNİB - 1

Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal qazandı - YENİLƏNİB - 1 Hidayət Heydərov və Telman Vəliyev yarışla erkən vidalaşıb
Fərdi
264
6 Mart , 2021 16:26
Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal qazandı - YENİLƏNİB - 1

Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə üçüncü yer uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Obidkhon Nomanovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Orucov bürünc medal qazanıb. O, qarşılaşmanın sonunda Nomanovun əllərini yuxarı qaldırıb və yerli azarkeşlərə onun da qalib olduğunu göstərib.

13:44

Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Murodjon Yuldoşevlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Orucov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonovun (Özbəkistan) müqavimətini qırmağa çalışacaq.

Titullu cüdoçu 1/16 finalda Martin Hojaka (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olub.

Bu gün mübarizəyə qoşulan Hidayət Heydərov və Telman Vəliyev (hər ikisi 81 kq) yarışla erkən vidalaşıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.

09:07

Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, ikinci yarış günündə 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) rəqib olub.

81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtlə (Braziliya) üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.

Son xəbərlər

Orphus sistemi