Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi - YENİLƏNİB

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi - YENİLƏNİB Digər cüdoçular mübarizəni dayandırıb
Fərdi
5 Mart , 2021 16:29
Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi - YENİLƏNİB
Kəramət Hüseynov

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Fransa təmsilçisi Luka Mxeidze ilə üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündə cərimələrlə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız başa vurublar.

12:44

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcində yer alan idmançı Qazaxıstan təmsilçisi Yeldos Smetovla üz-üzə gəlib. Rəqibinə uduzan Hüseynov bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Eyni çəkidəki Oruc Vəlizadə almaniyalı Morits Plafkini mübarizədən kənarlaşdırsa da, özbəkistanlı Kemran Nurillayevin müqavimətini qıra bilməyib.

66 kq-da son Avropa çempionu Orxan Səfərov 1/16 finalda finlandiyalı Lukas Sahaya uduzub. Bu çəkidəki Nicat Şıxəlizadə ilk görüşdə bolqarıstanlı Bojidar Temelkova qalib gəlsə də, cənubi koreyalı Baul Anla bacarmayıb.

Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirib. Əliyeva Gülnur Muratbəyovanı məğlub edib, Qurbanlı isə Həliməcan Kurbonova ilə dueldən məğlub ayrılıb.

1/8 finalda isə Əliyeva serbiyalı Milika Nikoliçə uduzaraq, mübarizəni dayandırıb.

09:29

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda isə Cənubi Koreyadan olan Harim Lini mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda türkiyəli Mirac Akkusla üz-üzə gələcək. Eyni çəkidəki Oruc Vəlizadə 1/16 finalda almaniyalı Morits Plafkinin müqavimətini qırmağa çalışacaq.

66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə eyni raundda finlandiyalı Lukas Saha ilə görüşəcək.

Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirəcək.Əliyeva Gülnur Muratbəyova, Qurbanlı Həliməcan Kurbonova ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir martın 7-dək davam edəcək. Azərbaycan Böyük Dəbilqədə 12 cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi