Böyük Dəbilqə: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Daha 4 cüdoçumuz mübarizəyə başlayır İkinci yarış günündə 4 kişi idmançısı yarışa qoşulacaq
Fərdi
6 May , 2021 09:26
Böyük Dəbilqə: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.

"Report"un məlumatına görə, onların hamısı kişilər arasında iki çəki dərəcəsində yarışacaq.

73 kq-da Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kq-da isə Murad Fətiyev və Hidayət Heydərov medal qazanmağa çalışacaq.

Böyük Dəbilqə

6 may

Kişilər

73 kq
1/16 final. Rəşad Məmmədəliyev - Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov - Georgios Azoidis (Yunanıstan)

81 kq
1/16 final. Murad Fətiyev - Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov - Asad Masabirov (Qırğızıstan)

Qeyd edək ki, Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır. Azərbaycanın 5 idmançısı ilk günü medalsız bitirib.

Son xəbərlər

Orphus sistemi