Yuxarı

Bakıda keçiriləcək cüdo üzrə ​"Böyük Dəbilqə" turnirində 86 ölkə iştirak edəcək

Turnir Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq

Bakı. 14 aprel. REPORT.AZ/ Mayın 6-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" turniri start götürəcək. "Report"un məlumatına görə, 3 gün davam edəcək turnirdə 86 ölkə cüdoçuları yarışacaq.

Ümumilikdə 556 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Onlardan 341-i kişi, 215-i isə qadın idmançıdır.

Turnir Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi