Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu bu gün mübarizə aparacaq
Fərdi
- 17 iyun, 2023
- 05:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
“Report”un məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.
Onların hər biri 1/16 finaldan yarışa qoşulacaq.
73 kq çəkidə Telman Vəliyev Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
81 kq çəkidə Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Həmin çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Son xəbərlər
10:35
Abşeron dairəvi dəmir yolu üzrə mövcud xətlərdə stansiyaların sayının artırılması nəzərdə tutulur
İnfrastruktur
10:33
Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarından biridir
Xarici siyasət
10:31
Foto
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası başlayıb
Xarici siyasət
10:31
Nazir: "Bu il Azərbaycanda 11 milyard manatdan çox aqrar məhsul istehsal edilib"
ASK
10:27
Məcnun Məmmədov: "Kənd təsərrüfatı xalqın halal əmək kimi dəyərlərinin daşıyıcısıdır"
ASK
10:25
Foto
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
Xarici siyasət
10:23
Qırğızıstanda hava limanında 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb
Region
10:20
Məhkəmə: Avtoqəzada zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
Hadisə
10:17
TFF "Fənərbağça" və "Qalatasaray"ın futbolçusunu cəzalandırıb
Futbol