Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır Bu gün Azərbaycanın 3 cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq
Fərdi
17 Fevral , 2022 11:19
Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 3 cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 finalda Braziliya təmsilçisi Rayan Konseysao ilə üz-üzə gələcək.

Eyni çəkidəki Balabəy Ağayev Matan Kokolayev (İsrail) - Xulio Delqado (Kuba) cütünün qalibi ilə görüşəcək.

66 kq-dakı Yaşar Nəcəfov isə 1/16 finalda Ukraynadan olan Yevgeni Qonçarkonun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi