Azərbaycanın tanınmış cüdoçusu koronavirusa yoluxub

Azərbaycanın tanınmış cüdoçusu koronavirusa yoluxub Yığma üzvlərindən Tel-Əviv şəhərinə çatdıqdan sonra dünən PCR testi götürülüb
Fərdi
17 Fevral , 2022 10:36
Azərbaycanın tanınmış cüdoçusu koronavirusa yoluxub
Rüstəm Orucov

Azərbaycan millisinin cüdoçuları Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq) İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədən əvvəl koronavirusa yoluxub.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yığma üzvlərindən Tel-Əviv şəhərinə çatdıqdan sonra növbəti dəfə PCR testi götürülüb.

Testləri pozitin çıxan Orucovla Fətiyev yarışa buraxılmayacaq. Hoteldə təcrid olunan cüdoçular İsrail hökumətinin qaydalarına əsasən 5 gün karantində qalacaqlar. Onlar hazırda özlərini yaxşı hiss edirlər və həkim nəzarəti altındadırlar.

Azərbaycan yığmasının daha bir üzvü Elcan Hacıyevdə (81 kq) turnirə yollanmamışdan əvvəl koronavirus aşkarlanıb və idmançı yarış siyahısından çıxarılıb.

Qeyd edək ki, bu gün start veriləcək Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi