Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB Onun növbəti rəqibi Birləşmiş Ərəb Əmirliklərindən Narmandaxh Bayanmunkh olacaq
Fərdi
23 iyun 2023 10:38
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn Nəcəfov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.

10:36

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxacaq.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada fransalı Maksim Qobertə qalib gəlib.

Onun növbəti rəqibi Birləşmiş Ərəb Əmirliklərindən Narmandax Bayanmunx olacaq.

Eyni çəkidəki Kəramət Hüseynov, qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) medal şanslarını əvvəlki raundlarda itiriblər.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi