BOK ilk dəfə Olimpiadaya Vatikandan nümayəndə heyəti dəvət edib

Fərdi
  • 03 fevral, 2018
  • 23:24
BOK ilk dəfə Olimpiadaya Vatikandan nümayəndə heyəti dəvət edib

Bakı. 4 fevral. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) tarixdə ilk dəfə olaraq Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarına Vatikandan nümayəndə heyəti dəvət edib.

“Report” xəbər verir ki, nümayəndə heyəti BOK-un sessiyasında və oyunların açılış mərasimində iştirak edəcək.

Heyətə nə zamansa özü də beşnövçülükdə çıxış etmiş Melkor Sançes de Toka başçılıq edəcək.

44 - Tezliklə