Bilal Ərdoğan: "Dünyanın müharibədən danışdığı dönəmdə Bakıda rəngarəng tədbir keçiririk"

Bilal Ərdoğan: "Dünyanın müharibədən danışdığı dönəmdə Bakıda rəngarəng tədbir keçiririk" "Hər bir xalqın mədəniyyəti dəyərlidir və hörmətə layiqdir. Dünya qara yox, daha rəngarəng olmalıdır".
Fərdi
5 Mart , 2022 11:43
Bilal Ərdoğan: Dünyanın müharibədən danışdığı dönəmdə Bakıda rəngarəng tədbir keçiririk
Bilal Ərdoğan

"İndi dünyada müharibədən danışılır. Biz çalışdıq ki, bu forumla insanlıq və xalqlar üçün rəngarəng tədbir təşkil edək".

"Report"un məlumatına görə, bunu Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib. O bildirib ki, məqsəd insanlığın ümumi dəyərlərini saxlamaq, sülhə və həmrəyliyə töhvə verməkdir.

O, ənənəvi idman növlərinin dirçəlməsi üçün daha da çalışacaqlarını söyləyib: "Hər bir xalqın mədəniyyəti dəyərlidir və hörmətə layiqdir. Dünya qara yox, daha rəngarəng olmalıdır. Hər bir ölkənin və xalqın idman növləri inkişaf etməlidir. İstəyirik ki, digər xalqlar və mədəniyyətlər bunu tanısınlar. Bugünkü forumda ənənəvi idmanların keçmişini və gələcəyini müzakirə edəcəyik. Əvvəlki forumlarda da bu idman növlərinin inkişafına töhvə vermişik. Etno idman növlərinin inkişafında sülh və həmrəylik önəmli rol oynayır. Bu sahədə işləmək istəyən bütün alimləri də işə cəlb edirik. Biz təqaüd proqramlarını da işə salmışıq. Fəlsəfə doktoru mükafatları verilməsi prosesləri işə başlayıb. Bəzi universitetlərdə tətqiqatçılarımız da var".

B.Ərdoğan V Forumun çox məshuldar olacağını sözlərinə əlavə edib: "Biz üzvlərimizin sayını artırmaq istəyirik. Amma ehtiyat edirik. Çünki qoşulmaq üçün səbəb olmalıdır. Hər forumun məzmunu da çox vacibdir. Çoxlu ölkə və millətin nümayəndələrini bir araya gətirmək böyük uğurdur. Bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Ona, gənclər idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Növbəti forumumuz Türkiyədə olacaq. Bir daha iştiraka görə sizin hamınıza təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi