Beynəlxalq Şahmat Federasiyasının prezidenti Şəmkirə gəlib

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Şəmkirə gəlib Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.
Fərdi
4 Aprel , 2019 15:15
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Şəmkirə gəlib

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.

“Report” xəbər verir ki, 47 yaşlı rusiyalı funksionerin səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir. A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşündə ilk gedişi edib.

Son xəbərlər

Orphus sistemi