Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçkisiz müəyyənləşib

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçkisiz müəyyənləşib Bütün nümayəndələrin ümumi razılığı əsas götürülüb
Fərdi
28 Noyabr , 2016 09:47
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçkisiz müəyyənləşib

Bakı. 28 noyabr. REPORT.AZ/ Alişer Usmanov daha 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) prezidenti olub.

"Report"un məlumatına görə, qurumun Rusiyanın paytaxtı Moskvadakı Konqresi zamanı bu posta A.Usmanov yeganə namizəd olub. Reqlamentə əsasən, alternativi olmadığı üçün seçki keçirilməyib və bütün nümayəndələrin ümumi razılığı əsasında o, postunda qalıb.

Qeyd edək ki, Alişer Usmanov FİE-yə 2008-ci ildən rəhbərlik edir. Rusiyanın böyük sahibkarlarından olan A.Usmanov ölkənin müstəqil antidopinq komissiyasının üzvü, İngiltərənin "Arsenal" klubunun səhmdarlarındandır. 

Son xəbərlər

Orphus sistemi