Beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub

Beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub Bakı. 16 dekabr. REPORT.AZ/ Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub.
Fərdi
16 Dekabr , 2017 20:37
Beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub

Bakı. 16 dekabr. REPORT.AZ/ Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub.

"Report" Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, qaliblərə ACF, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar təqdim olunub.

Qeyd edək ki, turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi