Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının müvəqqəti rəhbəri dəyişdi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının müvəqqəti rəhbəri dəyişdi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəhbəri səlahiyyətlərinin icrası böyük britaniyalı Mayk İraniyə tapşırılıb.
Fərdi
16 Oktyabr , 2020 00:34
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının müvəqqəti rəhbəri dəyişdi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəhbəri səlahiyyətlərinin icrası böyük britaniyalı Mayk İraniyə tapşırılıb.

"Report"un IWF-nin rəsmi saytına istinadən məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib. İrani yeni postda tailandlı İntarat Yodbanqtoyu əvəzləyib. O, göstərilən etimada görə İcraiyyə Komitəsinə təşəkkürünü bildirsə də, gələcəkdə IWF prezidenti postuna namizəd olmayacağını, dəqiq və şəffaf konqresin təşkilinə köklənəcəyini açıqlayıb.

Qeyd edək ki, oktyabrın 14-də IWF ABŞ-dan olan Ursula Papandreanın müvəqqəti icraedici postundan istefasını təsdiqləyib. Onun yoxluğunda qurumun toplantısına I vitse-prezident İntarat Yodbanqtoy sədrlik edib. Beynəlxalq Olimpiya Komitəsi (IOC) isə rəhbər dəyişikliyindən narahatlığını bildirərək, Papandreaya tam dəstək verib. IOC xəbərdarlıq edib ki, islahat kursundan imtina olunacağı təqdirdə, ağırlıqqaldırma 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

Mayk İrani daha əvvəl IWF-nin Tibb komitəsinin, habelə, Antidopinq komissiyasının sədri vəzifəsində çalışıb. Müvəqqəti prezident təyinatı aprelin 15-də macarıstanlı Tamaş Ayanın istefasının qəbul olunmasından sonra gündəmə gəlib. Ayan quruma 2000-ci ildən rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi