Belaruslu məşqçinin Azərbaycan yığması ilə müqaviləsinin müddəti bəlli olub

Fərdi
  • 15 aprel, 2022
  • 13:29
Belaruslu məşqçinin Azərbaycan yığması ilə müqaviləsinin müddəti bəlli olub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) tanınmış məşqçi Mixail Şereşevski ilə imzaladığı müqavilənin müddəti bəlli olub.

"Report"un məlumatına görə, bu barədə AŞF-nin prezidenti Mahir Məmmədov qurumun mətbuat xidmətinə müsahibəsində açıqlama verib.

O bildirib ki, İcraiyyə Komitəsində belaruslu mütəxəssisin məsələsi müzakirə olunub və onunla 6 aylıq sözləşmənin imzalanması barədə qərar qəbul edilib: "Tanınmış pedaqoq, məşqçi Mixail Şereşevski bir müddət Azərbaycan şahmatçıları ilə işləyəcək. Onların hazırlığı, inkişafı barədə bizə məlumat verəcək. Şereşevski 6 yaş kateqoriyası üzrə yeniyetmə və gənc şahmatçılara baxış keçirəcək. Fikrimizcə, belə təcrübəli pedaqoq və məşqçinin şahmatçılarımıza böyük faydası olacaq".

Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz.