Belarus atletika üzrə beynəlxalq yarışlara ev sahibliyi edə bilməyəcək

Belarus atletika üzrə beynəlxalq yarışlara ev sahibliyi edə bilməyəcək Belarusda atletika üzrə beynəlxalq yarışların keçirilməsi qadağan olunub.
Fərdi
11 Mart , 2022 00:51
Belarus atletika üzrə beynəlxalq yarışlara ev sahibliyi edə bilməyəcək

Belarusda atletika üzrə beynəlxalq yarışların keçirilməsi qadağan olunub.

"Report"un məlumatına görə, bu barədə Ümumdünya Atletikasının (World Athletics) prezidenti Sebastyan Ko açıqlama verib.

O bildirib ki, sanksiyalar dünya və Avropa yarışlarına şamil edilir: "Buraya konqres iclaslarında iştirak və səsvermə hüququndan məhrumetmə də daxildir. Beynəlxalq turnirlər zamanı Belarusdan olan rəsmi şəxslərə də akkreditasiya verilməyəcək".

Qeyd edək ki, Ümumdünya Atletikası daha əvvəl Rusiya və Belarus idmançılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi