Bakıda olan türkiyəli məşqçi: “Zəlzələnin insanlar yuxuda ikən olması faciənin şiddətini artırdı”

Bakıda olan türkiyəli məşqçi: “Zəlzələnin insanlar yuxuda ikən olması faciənin şiddətini artırdı” “Zəlzələnin insanların yuxuda olduğu gecə saatlarında baş verməsi faciənin şiddətini bir az da artırdı”.
Fərdi
8 Fevral , 2023 16:47
Bakıda olan türkiyəli məşqçi: “Zəlzələnin insanlar yuxuda ikən olması faciənin şiddətini artırdı”

“Zəlzələnin insanların yuxuda olduğu gecə saatlarında baş verməsi faciənin şiddətini bir az da artırdı”.

Bunu “Report”a müsahibəsində Türkiyə Cüdo Federasiyasının baş koordinatoru Mesut Kapan ölkələrində baş verən zəlzələ ilə bağlı deyib.

Hazırda Azərbaycanda yerli məşqçilərə təlim keçən M. Kapan Türkiyənin qısa müddətdə toparlanacağına ümid edir: “İlk növbədə faciə ilə əlaqədar ölkəmizdə ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Türkiyə böyük, güclü ölkədir. Hazırlıqsız yaxalandıq. Hadisənin səhəri günü yuxudan oyanıb telefonumda xəbərləri izləyəndə şoka düşdüm. Dərhal sevdiklərimlə, yaxınlarımla əlaqə saxladım. Oradakıların hamısı bizim qardaşımız, yaxınımızdır. Dağıntılar altında qalanların xilas edilmələri üçün işlər aparılır. Ümid edirəm ki, ölkə olaraq bu uğursuz günün, fəlakətin təsirindən tez çıxa biləcəyik”.

Mesut Kapanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi