Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun daha bir qalibi bəlli olub.
“Report”un məlumatına görə, müxtəlif hündürlüklü qolla qadınların yarışını çinli Qiyuan Qiu qazanıb.
O, 14.700 xal toplayaraq qızıl medala sahib olub. İkinci yeri 14.000 xal qazanmış italiyalı Giorgiya Vilya tutub. Bürünc medala isə 13.766 xalla Niderland təmsilçisi Sanna Verman yiyələnib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokuna martın 12-də yekun vurulacaq.
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda daha iki növdə qaliblər müəyyənləşib.
“Report”un məlumatına görə, paralel qollarda kişilərin yarışını Filippin təmsilçisi Karlos Edriel Yulo qazanıb.
O, 15.400 xal toplayaraq qızıl medala sahib olub. İkinci yeri 15.366 xal qazanmış ukraynalı İliya Kovtun tutub. Bürünc medalın sahibi isə 14.600 xalla fransalı Ley-Kameron Bernard olub.
Qadınların dayaqlı tullanma yarışlarında birinci yeri Fransa təmsilçisi Kolin Devilard tutub. O, çıxışını 13.683 xalla başa vurub.
İkinci yerin sahibi 13.433 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitina olub.
Çin gimnastı Limmin Yu 13.383 xalla bürünc medal qazanıb.
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk mükafatçıları bəlli olub.
“Report”un məlumatına görə, bu gün baş tutan final mərhələsində kişilər arasında sərbəst hərəkətlərdə Qazaxıstan təmsilçisi Milad Kərimi çempion olub. O, ümumilikdə 14.200 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri 13.933 xal toplamış ukraynalı İliya Kovtun tutub. ABŞ təmsilçisi Rili Ruus isə 13.733 xalla bürünc medal qazanıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunun finalları bu gün və sabah davam edəcək.