İTV Bakıda keçiriləcək paracüdo üzrə Qran-prini yayımlayacaq

İTV Bakıda keçiriləcək paracüdo üzrə Qran-prini yayımlayacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək paracüdo üzrə “Qran-pri” yarışı İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Fərdi
18 Yanvar , 2019 13:18
İTV Bakıda keçiriləcək paracüdo üzrə Qran-prini yayımlayacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək paracüdo üzrə “Qran-pri” yarışı İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

"Report" xəbər verir ki, bununla bağlı ilkin razılıq Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovla İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov arasındakı görüşdə əldə olunub. 

Görüş zamanı komitənin rəhbəri Azərbaycanda paralimpiya hərəkatı, bu sahədə görülən işlərlə bağlı məlumat verib. O qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud olan insanların idmanla məşğul olmaları, yerli və beynəlxalq yarışlara qatılmaları üçün şərait yaradılıb. Rəhimov minlərlə azərbaycanlının paralimpiya hərəkatına qoşulduğunu və beynəlxalq yarışlarda medallar qazandıqlarını vurğulayıb.

Öz növbəsində, İTV-nin baş direktoru Azərbaycanda paralimpiya hərəkatını izlədiyini qeyd edib və ölkə idmançıların uğurlarından söz açıb. O bildirib ki, telekanal sosial layihələrə hər zaman diqqətlə yanaşır və fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyaları üçün həyata keçirilən bütün işləri dəstəkləyir.

Qeyd edək ki, 13-14 mayda keçiriləcək Qran Priyə 43 ölkədən 250 paracüdoçu qatılacaq. 

Son xəbərlər

Orphus sistemi