Bakıda keçiriləcək "Qızıl Qran Pri"nin təqvimi açıqlanıb
Fərdi
- 11 noyabr, 2016
- 07:10
Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir noyabrın 24-də Bakı İdman Sarayında başlayacaq.
Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.
Son xəbərlər
22:20
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
Region22:15
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə "yeni baxış" lazımdır
Region22:12
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur22:04
Peskov: Almaniyanın PUA insidenti ilə bağlı Rusiyaya qarşı ittihamları əsassızdır
Region22:02
Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirib
Komanda21:59
Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib
Region21:51
"Xatəm əl-Ənbiya" ABŞ-ni cavab zərbəsi ilə hədələyib
Region21:50
Tramp: ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir
Digər ölkələr21:48