Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının biletləri bu gün satışa çıxarılıb.
"Report" xəbər verir ki, tamaşaçılar biletləri "28 Mall" və "Gənclik Mall" alış-veriş mərkəzlərindən, Gimnastika Arenasının kassalarından, həmçinin onlayn (
Bu gün isə Milli Gimnastika Arenasında 39 ölkənin iştirakı ilə bədii gimnastika üzrə Dünya Kuboku start götürüb. Bu yarışdan sonra isə 16 - 19 mayda zərif gimnastlar eyni arenada güclərini Avropa çempionatında sınayacaqlar.
Qeyd edək ki, dünya çempionatının açılış mərasimi sentyabrın 16-da keçiriləcək. 7 gün davam edəcək nüfuzlu yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.