Böyük britaniyalı mütəxəssis Bakıda boççia məşqləri keçirir - FOTO

Böyük britaniyalı mütəxəssis Bakıda boççia məşqləri keçirir - FOTO Bakıda səfərdə olan Böyük Britaniyanın aparıcı boççia məşqçisi Metyu Kendrik bu növ üzrə ustad dərsləri və məşqlər keçirir.
Fərdi
11 Yanvar , 2020 11:52
Böyük britaniyalı mütəxəssis Bakıda boççia məşqləri keçirir - FOTO

Bakıda səfərdə olan Böyük Britaniyanın aparıcı boççia məşqçisi Metyu Kendrik bu növ üzrə ustad dərsləri və məşqlər keçirir.

“Report” xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq çərçivəsində təşkil edilən səfər zamanı idmançıları üçün Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçirilir.

“Boccia Böyük Britaniyada çox sevilən və getdikcə daha da yayılan idmandır. Bu növ üzrə yarışlarda yüzlərlə məktəb iştirak edir. Lakin biz bu idmanı daha da inkişaf etdirmək istəyirik. Ölkələrimiz bu idman növü sahəsində əməkdaşlıq edə bilər. Layihəmiz yenicə başlayır və davam edəcəyinə ümidvaram. Məşğələdən gözəl təəssürat almışam”, - britaniyalı mütəxəssis “Report”a bildirib.

Qeyd edək ki, boççia Yay Paralimpiya Oyunlarının proqramında yer alan idman növüdür.

Son xəbərlər

Orphus sistemi