Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib Xose Perurena Lopez 94 mümkün səsdən 82-ni qazanıb
Fərdi
25 Noyabr , 2016 16:34
Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib. 

"Report"un məlumatına görə, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.

İCF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Qeyd edək ki, Xose Perurena Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner İCF-yə 2008-ci ildən rəhbərlik edir. X.Perurena 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir. 

Son xəbərlər

Orphus sistemi