Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək

Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək 2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.
Fərdi
15 Dekabr , 2023 14:48
Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək

2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.

“Report” xəbər verir ki, bu, Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq.

Yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz-qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları mübarizədir.

Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Nüfuzlu turnirdə çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi