Bakıda antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Bakıda antidopinq mövzusunda maarifləndirici seminar keçirilib Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Fərdi
28 Noyabr , 2018 00:50
Bakıda antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Antidopinq AgentliyiAzərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

“Report” xəbər verir ki, tədbirdə dinləyici qismində qılıncoynatma üzrə milli komandanın üzvləri, məşqçilər heyəti və federasiya rəsmiləri iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib. Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva qaydalar, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidir. İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi