Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçirilib

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçirilib Yaqub Eyyubov və Azad Rəhimov yığma komandanın üzvləriylə görüşüb
Fərdi
104
6 Sentyabr , 2016 18:22
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçirilib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, eləcə də Gənclər və İdman naziri Azad Rəhimov yığma komandanın üzvləriylə görüşüb, onlara uğurlar arzulayıb.

Hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşıb. 4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə mübarizə aparır. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə üçüncü millimizə qalib gəlib.

Qadınlardan ibarət Azərbaycanın əsas yığmasının rəqibi Almaniyadır. İkinci milli komnanda İspaniyanı, üçüncü komanda isə Özbəkistanı sınağa çəkir.
Qeyd edək ki, sabah olimpiadada istirahət günüdür.

Son xəbərlər

Orphus sistemi