Bakıda 11 ölkənin güləşçiləri yarışacaq

Bakıda 11 ölkənin güləşçiləri yarışacaq Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək
Fərdi
10 Aprel , 2017 12:58
Bakıda 11 ölkənin güləşçiləri yarışacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, dörd gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları da mübarizə aparacaq.

Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr, aprelin 14-də yunan-Roma güləşi üzrə gənclər, aprelin 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Rəsmi açılış mərasimi aprelin 13-də saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Son xəbərlər

Orphus sistemi