İtaliyanın tanınmış futbolçusu: "Bakı Şoppinq Festivalına qatılanların sayı çox olacaq"

Fərdi
  • 19 aprel, 2017
  • 13:33
İtaliyanın tanınmış futbolçusu: Bakı Şoppinq Festivalına qatılanların sayı çox olacaq
Report.az

Bakı. 19 aprel. REPORT.AZ/ "Bakı inkişaf etmiş müasir şəhərə çevrilib". 

“Report”un festivalın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu tanınmış italyan futbolçu Françesko Toldo Bakı Şopping Festivalının rəsmi saytına (bakushopfest.com) açıqlamasında bildirib.

O, 2016-cı ildə Bakıya səfər etdiyini və şəhərlə yaxından tanış olduğunu deyib: "Mən əminəm ki, tədbirdə iştirak etmək üçün Bakıya axışan turistlərin sayı çox olacaq. Təəssüf ki, mən özüm festivalda iştirak edə bilmirəm. Amma düşünürəm ki, bu tədbir turistlərin diqqətini cəlb edəcək”.