Bakı Şəhər Halqası universitetlərdə Könüllülər Proqramının təqdimatını keçirib

Bakı Şəhər Halqası universitetlərdə Könüllülər Proqramının təqdimatını keçirib BŞH-nın İşçi qüvvəsi şöbəsinin əməkdaşları ali təhsil müəssisələrində olublar
Fərdi
10 Noyabr , 2017 19:53
Bakı Şəhər Halqası universitetlərdə Könüllülər Proqramının təqdimatını keçirib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İşçi qüvvəsi şöbəsinin əməkdaşlarının iştirakı ilə paytaxtın bir sıra aparıcı universitetlərində 2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran-prisinin Könüllülər Proqramının təqdimatı keçirilib.

BŞH-dan “Report”a verilən məlumata görə, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti və Qərb Universitetində baş tutan tədbirlər zamanı tələbələrə Könüllülülər Proqramı və gənclərin onun vasitəsilə əldə edə biləcəyi uğurlar barəsində ətraflı məlumat verilib.

Görüş çərçivəsində iştirakçılar proqrama qoşularaq şəxsi inkişaf istiqamətində ata biləcəkləri mümkün addımlar haqqında geniş məlumat əldə ediblər. BŞH-nın nümayəndələri “Könüllülük nədir və özündə nələri birləşdirir?” kimi tələbələri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətiriblər.

Bundan başqa, görüş zamanı Bakıda keçirilmiş “Formula 1” yarışlarında könüllü fəaliyyət göstərən gənclərin qazandığı uğurlar da diqqətə çatdırılıb. Həmçinin tələbələr proqram çərçivəsində özünü inkişaf etdirən və İtaliya Qran-prisində tamaşaçı kimi iştirak imkanı qazanan könüllülər və onların uğur gətirən fəaliyyəti ilə yaxından tanış olublar.

Görüş zamanı tələbələrə indiyədək könüllülər üçün təşkil edilmiş müxtəlif təlim, seminar və dil kursları barəsində məlumat verilib. Tələbələr könüllü olmağa dəvət ediliblər.

Son xəbərlər

Orphus sistemi