"Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının medalları nümayiş olunub

"Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının medalları nümayiş olunub Bakı 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında idmançılara veriləcək medallar nümayiş olunub.
Fərdi
6 May , 2019 17:02
Bakı 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının medalları nümayiş olunub

"Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında idmançılara veriləcək medallar nümayiş olunub.

"Report" xəbər verir ki, xüsusi olaraq hazırlanmış medal dəsti Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminarda təqdim edilib.

Mərkəzdə "Bakı 2019"un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizaynı Bakının irsi və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır.

Medal od və Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir. Medalın digər üzündə isə Avropa Olimpiya Komitəsinin emblemi yer alıb. Diametri 65,5 millimetr olan medallar "Azərsuvenir" MMC tərəfindən "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

"Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi keçiriləcək. Yarışlarda idmançılar 298 dəst medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi