Bu gün "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) daha 23 dəst medal sahibini tapacaq.
“Report”un məlumatına görə, yarışlar cüdo istisna olmaqla, festivalın proqramında yer alan 10 idman növündən 9-nu əhatə edəcək. Onlardan 5-də mükafatçılar müəyyənləşəcək.
Azərbaycan yığmaları 4 komanda növündə mübarizə aparacaq. Həmçinin 7 güləşçi, 6 velosipedçi, 4 üzgüçü, 3 idman gimnastı, 2 atlet də qüvvəsini sınayacaq.
23 iyul
Atletika
09:10. Qızlar, uzunluğa tullanma, təsnifat
Ləman Hüseynova
10:40. Oğlanlar, 400 m, I mərhələ
Teymur Salahzadə
Üzgüçülük
09:00. Oğlanlar, 100 m, sərbəst üsulla
Maksim Petrenko
09:12. Qızlar, 400 m, sərbəst üsulla
Aysel Səfərova
09:44. Oğıanlar, 200 m, batterflyay
Ramil Vəlizadə
10:40. Oğlanlar, 1500 m, sərbəst üsulla
Rəşad Əliquliyev
İdman gimnastikası
10:00. Oğlanlar, çoxnövçülük, komanda yarışı
Mansum Səfərov, Səməd Məmmədli, Ağakazım Rüstəmov
Velosiped idmanı
10:00. Qızlar, fərdi vaxtla yürüş
Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova
17:00. Oğlanlar, fərdi vaxtla yürüş
Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov
Güləş
10:30. Sərbəst güləş
51 kq, 1/8 final
Kənan Heybətov - İ.Terzi (Ukrayna)
65 kq, 1/8 final
Cəbrayıl Hacıyev - D.Patsinaşvili (Gürcüstan)
10:30. Yunan-Roma güləşi
51 kq, 1/8 final
Elmir Əliyev - C.Andresen (Norveç)
65 kq, təsnifat
Xasay Həsənli - F.Bukis (Yunanıstan)
10:30. Qadın güləşi
53 kq, 1/8 final
Elnurə Məmmədova - F.Vizi (Macarıstan)
57 kq, 1/8 final
Birgül Soltanova - D.Manuil (Rusiya)
65 kq, 1/8 final
Nigar Mirzəzadə - M.Trautman (Almaniya)
Həndbol
Qızlar, B qrupu, II tur
14:30. Azərbaycan – Macarıstan
Oğlanlar, A qrupu, II tur
20:30. Danimarka – Azərbaycan
Basketbol
Oğlanlar, A qrupu, II tur
18:15. Fransa – Azərbaycan
Voleybol
Oğlanlar, A qrupu, II tur
18:30. Azərbaycan – Belarus
Qeyd edək ki, ötən 2 yarış günüdən sonra Azərbaycan millisi 10 medalla 1-ci sıradadır. Mükafatların hamısı güləşçilər əldə ediblər. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq),