ABŞ-nin Nyu-Hempşir ştatı üzrə 9-10 yaşlı karateçilər arasında yarış keçirilib.
"Report"un məlumatına görə, kumitedə turnirin qalibi adını əslən azərbaycanlı Oğuz Nəsibov qazanıb.
İdmançı yarımfinalda erməni rəqibini üstələyib. Ona təşkilatçılar tərəfindən kubok təqdim olunub.
O.Nəsibov kata proqramında ikinci yeri tutub.