Azərbaycanlı güləşçi Ukrayna Prezidenti ilə görüşündən yazıb

Azərbaycanlı güləşçi Ukrayna Prezidenti ilə görüşündən yazıb "Hörmətli Prezident Volodimir Aleksandroviç Zelenskinin qəbulunda olduq. Sizinlə şəxsən tanış olmaq mənim üçün böyük şərəf idi!"
Fərdi
18 Avqust , 2021 14:01
Azərbaycanlı güləşçi Ukrayna Prezidenti ilə görüşündən yazıb

"Hörmətli Prezident Volodimir Aleksandroviç Zelenskinin qəbulunda olduq. Sizinlə şəxsən tanış olmaq mənim üçün böyük şərəf idi!"

"Report"un məlumatına görə, bu fikirləri ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov feysbuk səhifəsində yazıb.

23 yaşlı idmançı səmimi qəbula və zəhmətinə layiqli qiymət verildiyinə görə Zelenskiyə təşəkkürünü bildirib: "İnanıram ki, sizin sayənizdə ölkəmizin parlaq gələcəyi və firavanlığı təmin ediləcək".

Qeyd edək ki, Ukraynanı təmsil edən Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi