Yuxarı

Azərbaycanlı gənc idmançı beynəlxalq turnirin qalibi olub

Elimirzə Quliyev atıcılığın səngər stendi üzrə gənclər arasında keçirilən yarışda uğurlu çıxışı ilə rəqiblərini geridə qoyaraq birinci yeri tutub

Bakı. 18 may. REPORT.AZ/ Qəbələ rayonundakı Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışları davam edir.

"Report"un məlumatına görə, turnirdə əcnəbi idmançılarla yanaşı, Azərbaycan atıcıları da uğurla çıxış edir. Bu gün kişilər arasında gərgin mübarizədə italiyali idmançı Erminio Frsaka Rusiyadan olan Olimpiya çempionu Aleksey Alipineni qabaqlayaraq qızıl medal sahibi olub. Yarışda dünya rekordu yenidən təkrar olunub.

Atıcılığın səngər stendi üzrə gənclər arasında keçirilən yarışda Azərbaycan idmançısı Elimirzə Quliyev uğurlu çıxışı ilə rəqiblərini geridə qoyaraq birinci yeri tutub.

Ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan bu yarışda 17 ölkədən 150-ə yaxın idmançı iştirak edir. Yarışlara mayın 24-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi