Azərbaycanlı boksçu: "Lisenziya sevincini ilk olaraq ailəmlə bölüşdüm"

Azərbaycanlı boksçu: "Lisenziya sevincini ilk olaraq ailəmlə bölüşdüm" "Tokio olimpiadasına lisenziya qazandığım üçün çox sevindim. Sevincimi ilk növbədə ailəmlə bölüşdüm".
Fərdi
8 İyul , 2021 19:44
Azərbaycanlı boksçu: Lisenziya sevincini ilk olaraq ailəmlə bölüşdüm
Məhəmməd Əliyev

"Tokio olimpiadasına lisenziya qazandığım üçün çox sevindim. Sevincimi ilk növbədə ailəmlə bölüşdüm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+91) Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı pandemiyanın hazırlıq prosesinə mənfi təsir etdiyini bildirib: "Uzun müddət yarışlara çıxa bilmədik. Məşqlərimiz olmadı. Yenə də özümüzü toparladıq və olimpiadaya lisenziya əldə etdik".

Abdullayev idmandakı kumirlərini də açıqlayıb: "Bu, həm məşqçim, həm də əmim olan Etibar Abdullayevdir. Onun üslubunu hər zaman bəyənmişəm. Dünyada isə ukraynalı Aleksandr Usikin döyüş stili və cəldliyi hər zaman xoşuma gəlib. Məşqlərini izləmişəm. Bu iki şəxs mənim kumirimdir".

Boksçu "Öz çəkində əsas rəqibin kimdir" sualına bu cür cavab verib: "Rəqiblərin hamısı əsasdır. Çünki olimpiadaya zəif boksçu gəlmir. Güclü idmançıdır ki, lisenziya qazanıb".

Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul - 8 avqustda olmalıdır.

Son xəbərlər

Orphus sistemi