Azərbaycanlı atlet “BodRUN” ultramarafonunda xüsusi medala layiq görülüb

Azərbaycanlı atlet “BodRUN” ultramarafonunda xüsusi medala layiq görülüb Nərmin Quliyeva 50 km məsafəyə yarışı 7-ci yerdə tamamlayıb
Fərdi
28 Noyabr , 2017 10:30
Azərbaycanlı atlet “BodRUN” ultramarafonunda xüsusi medala layiq görülüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanlı atlet Nərmin Quliyeva Türkiyənin Bodrum şəhərində keçirilən “BodRUN” ultramarafonunda xüsusi medala layiq görülüb.

“Report”un məlumatına görə, xanım idmançı 50 km məsafəyə yarışı 7-ci yerdə tamamladığı üçün təltif edilib. Kişilərin 105 km məsafəyə yarışında iştirak edən “Baku Marafon Club”un digər üzvi Elşən Quliyev isə finiş xəttinə çata bilməyib.

O, marşrutun 80-ci kilomterliyində təyin olunan nöqtəyə vaxtında çata bilmədiyi üçün turnirdən kənarlaşdırılıb.

Qeyd edək ki, Elşən Quliyev və Nərmin Quliyeva daha əvvəl iyunda Türkiyənin Bursa şəhərində I Uludağ ultramarafonunda iştirak ediblər. Onlar müvafiq olaraq 50,5 km və 25 km məsafəni qət edərək, xüsusi medala layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi