Yuxarı

​Azərbaycanlı ağırlıqqaldıran Qazaxıstanın ən yaxşı idmançısı siyahısına düşüb

Nicat Rəhimov 2015-ci ildə keçirilən dünya çempionatında Qazaxıstan yığmasına 77 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Qazaxıstanın nüfuzlu "Kazinform" agentliyi 2015-ci ilin ən yaxşı idmançılarından ibarət "10-luğ"u müəyyənləşdirib. "Report"un məlumatına görə, siyahıya əslən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov da düşüb.

N.Rəhimov 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında Qazaxıstan yığmasına 77 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb. O, agentliyin siyahısında 9-cu pillədə qərarlaşıb. "10-luğ"a daha 3 ağırlıqqaldıran - ikiqat olimpiya çempionu İlya İlyin, dünya çempionatının 69 kq çəki dərəcəsində gümüş mükafatçısı Jazira Japarkul və 105 kq çəkidə dünya çempionu Aleksandr Zayçikov da düşüb. İlyin 1-ci, Japarkul 8-ci, Zayçikov 10-cu pillədə yer alıb.

Qalan 6 ən yaxşı idmançı peşəkar boksçu Gennadi Qolovkin, boksçu Kanat İslam, cüdoçu Yeldos Smetov, fiqurlu konkisürənlər Denis Tenlə Elizabet Tursınbayeva və xizəksürən Janbota Aldabergenovadır.

Qeyd edək ki, Nicat Rəhimov əvvəllər Azərbaycan millisində çıxış edib. O, yağmanın heyətində 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi